Milli Qəhrəman Çingiz Mustafayevin həlak olduğu gündür
O, azərbaycanlı jurnalist, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhididir
Çingiz Fuad oğlu Mustafayev 29 avqust 1960-cı ildə Həştərxan vilayətində anadan olmuş, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.
O, azərbaycanlı jurnalist, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhididir.
Çingiz Mustafayevin əsasını qoyduğu "215 kl" studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır.
1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.
Çingiz Mustafayev Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır.
Çingiz Mustafayev 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.