XƏBƏRLƏR / Kriminal

Sərhədi pozmağa cəhd edən əcnəbilər saxlanılıb

DSX xəbər verir

Sərhədi pozmağa cəhd edən əcnəbilər saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

    Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

    Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.