BLOQ

"Şəxsiyyət", "dahi" xitabları kimlərə aiddir?

Kim olmasına baxmayaraq qəbul etmirəm, etməmişəm və etmərəm də...

"Şəxsiyyət", "dahi" xitabları kimlərə aiddir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bəzən eşidirəm deyirlər ki, filankəs şəxsiyyətdir, dahidir... Filankəsin kim olmasına baxmayaraq qəbul etmirəm, etməmişəm və etmərəm də...

    Valideynlərinin razılığını alır və ya heç almir, evdən çıxır, Vətəni qorumaq, müdafiə etmək üçün, ya birbaşa cəbhə bölgəsinə gedir və ya hərbi komissarlığa. Özü də şüurlu şəkildə bilir və başa düşür ki, cəmi çəkisi 001 mq güllə (“serdecnik”) onun həyatına son qoya bilər və ya istiliyi 90 dərəcəyə çatan, böyük və ya kiçik olmasına baxmayaraq, hər hansı bir qəlpə başını, qollarını, ayaqlarını yerindən qopara bilər, ömürlük şikəst qala bilər, gözləri kor ola bilər... Lakin buna baxmayaraq döyüşə gedir.

    Başa düşür ki, ona bir şey olsa, valideynləri övladsız qalacaq və sinələrinə övlad dağı çəkiləcək, ömür boyu gözuyaşlı qalacaqlar, bacıları qardaşsız, arvadı dul, uşaqları da yetim qalacaq.

    Bax, mən şəxsiyyət, dahi belələrinə deyirəm.

    Bu gün də davam edir, hər gün sərhəddə atışmadır.

    Bu gün həm də bayramdır. Ordu günüdür. Hamını təbrik edirəm!

    O cümlədən, qadınlar tanıyıram ki, kişilərdən bir addım geridə qalmayıblar. Təbii ki, haqlarıdır. Onları da təbrik edirəm!

    Ordu günümüz mübarək!

    Allah şəhidlərimizə rəhmət eləsin!