"Şəxsiyyət vəsiqəsi": İmadəddin Nəsimi
Veriliş 2015-ci ildə ANS TV-də çəkilib yayımlanıb
İmadəddin Nəsiminin tam adı Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimidir. 1369-cu ildə Şamaxıda anadan olub, 1417-ci ildə Hələb şəhərində edam edilib. Azərbaycan şairi və mütəfəkkiri "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda alıb, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib.