"Şəxsiyyət vəsiqəsi": İosif Stalin
"Koba" ləqəbli sovet siyasi, dövlət, hərbi və partiya xadimi haqqında bu veriliş 2015-ci ildə ANS TV-də çəkilib yayımlanıb
Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı, Sovet İttifaqı Generalissimusu - İosif Vissarionoviç Stalin— milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi
Rəsmi versiyaya görə 21 dekabr 1879-cu ildə, metrit kitabındakı qeydə əsasən isə 6 dekabr 1878-ci ildə Gürcüstanda Qori şəhərində anadan olmuşdur. Doğma dili gürcü dilidir, rus dilini sonra öyrənsə də, həmişə hiss olunacaq gürcü ləhcəsi ilə danışırdı. Stalinin əsl atası yəhudi səyyah Nikolay Prjevalski idi.
Kasıb çəkməçinin və qala kəndli qızının ailəsində böyümüşdür. İosifin 11 yaşı olanda atası vəfat etmişdir. 1888-ci ildə İosif Qoridə möhkəm nizam-intizam höküm sürən kilsəyə, 1894-cü ildə isə Tbilisidə seminariyaya daxil olur. Lakin buranı qurtara bilməyib oradan qovulur (rəsmi versiyaya görə Marksizmin təşviqatına görə). Təhsil illərində seminariyada gürcü dilində şeir yazmışdır. Onun şeirlərindən bir neçəsi inqilabdan əvvəl nəşr olmuşdur.
1901–1902-ci illərdə RSFSR-in Tbilisi və Batumi komitələrinin üzvü. RSFSR-in II qurultayından sonra-bolşevik olur. Dəfələrlə həbs olunub, sürgünə göndərilib və sürgündən qaçmışdır. 1905–1907-ci illərində Birinci rus inqilabının iştirakçısı olur.
1907-ci il 25 iyunda bolşeviklərin pula ehtiyacını ödəmək üçün inkassator faytonuna hücum təşkil etmişdir.
Lenin mühacirətdən qayıdanadək MK-ya və bolşevik partiyasının Peterburq komitəsinə rəhbərlik edir. 1917-ci ildə Oktyabr silahlı üsyanında iştirak etmişdir.
1918-ci ilin dekabrında admiral Kolçakın Sibirə hücumu başladı. O, şimaldan hücuma keçmiş ingilislər və ağqvardiyaçılarla birləşməyi planlaşdırırdı. Yaranmış fövqəladə-ciddi vəziyyəti aradan qaldırmağı Lenin Stalinə tapşırdı. Stalin Dzerjinski ilə birlikdə Perm altında kı, vəziyyəti tez və qətiyyətlə bərpa etdilər.
1922-ci ilin aprelində Stalin MK-nın birinci katibi seçildi. Dövlətə rəhbərliyi isə formal da olsa Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin-də qalmaqda idi.
Lenin Stalinin təşkilatçılıq qabiliyyətini, biliyini, kəskin siyasi problemləri həll edə bilməsi bacarığını yüksək qiymətləndirirdi. Buna baxmayaraq Lenin Stalini kobudluqda çox kəskin sürətdə ittiham edirdi. Onun fikrincə Stalinin bu keyfiyyəti birinci katib vəzifəsində olan şəxs üçün deyil.
1939-cu ilin 23 avqustunda Stalin Adolf Hitler ilə "hücumetməmə paktı"-nı imzaladı. Artıq müharibədən sonra, rəsmi şərhdə "Pakt"ın müharibənin başlanmasının uzadılması niyyəti ilə imzalandığı deyildi. Son nəticədə o, Hitleri həqiqətəndə ilk olaraq İngiltərəyə hücum etməklə iki cəbhədə döyüşməyə məcbur etdi.
Paktın iqtisadi cəhətlərindən də yan keçmək olmaz. Sovet rəhbərliyinin əsas şərti SSRİ-yə kreditin verilməsi idi. Müharibədən öncə potensial düşməndən kredit götürmək — unikal tarixi hadisədir, lakin Stalin bunu bacardı. Nəticədə SSRİ 7 il müddətinə 4,5%-lə 200 mln Alman markı aldı. Bu vəsait investisiya məqsədi üçün istifadə olundu: Almaniyadan avadanlıqlar, maşınlar və dəzgahlar alındı, bu avadanlıqların böyük hissəsi sonda Almaniyaya qarşı döyüşdə istifadə olundu.
1941-ci ilin mayında Stalin öz üzərinə Xalq Komisarları Sovetinin sədri məsuliyyətini götürdü.
1941-ci il iyunun 22-də Üçüncü Reyx Sovet İttifaqına qarşı aqresiya göstərir və Böyük Vətən müharibəsi başlayır.
Aralarında ideoloji kinin olmasına baxmataraq SSRİ, Böyük Britaniya və ABŞ rəhbərləri Antihitler koalisiyasını yarada bildilər və 1944-cü ildə ikinci cəbhə açıldı.
Stalinin göstərişinə əsasən orta və Ali məktəblərdə Vətən tarixinin tədrisi bərpa olundu.
1904-cü ildə Stalin Ekaterina Svanidze ilə evlənir, lakin üç ildən sonra arvadı tuberkulozdan dünyasını dəyişdi. Onların yeganə oğlu olan Yakov İkinci dünya müharibəsi zamanı almanlara əsir düşür. Əsirlikdən qaçmağa cəhd edərkən güllələnir.
1919-cu ildə Stalin ikinci dəfə evlənir. Onun ikinici arvadı, Nadejda Alliluyeva 1932-ci ildə Kremldə ki, otağında özünə qəsd edir. Stalinin ikinci nigahından iki uşağı olur: Svetlena və Vasili. Vasili, Stalinin vəfatında sonra isə həbs olunur, azadlığa çıxdıqdan bir müddət sonra vəfat edir. Stalinin qızı Svetlana Alliluyeva 1967-ci ildə siyasi sığınacaq istəyərək ABŞ-a köçür.
1953-cü il martın 5-də Stalin beyninə qansızmadan vəfat etmişdir.