"Şəxsiyyət vəsiqəsi": Mehdi Hüseyn
Azərbaycan yazıçısı barədə bu veriliş 2015-ci ildə çəkilib yayımlanıb
Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Atası Hənifə Hüseynov Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən idi.
1925-ci ildə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbə (sonradan 19 saylı orta məktəb olmuşdur) daxil oldu. Mehdinin ilk müəllimi bəstəkar Səid Rüstəmov idi.
1932-ci ildə o, Bakı Rəssamlıq məktəbinə daxil olur.
22 iyun 1941-ci ildə Almaniya müharibə elan etmədən SSRİ-yə hücum etdi. Tiflis hərbi-piyada məktəbini bitirdikdən sonra, 1942-ci ildə Mehdi Hüseynzadəni cəhbəyə göndərdilər. Stalinqraddan kiçik bacısına yazdığı son məktubda deyilirdi:
ölsəm də qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz. Bu mənim son məktubumdur!
1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı ağır yaralanaraq, almanlara əsir düşdü. Orada Sovet hərbi əsirləri gizli antifaşist təşkilatı yaratdırlar. Onların İtaliya və Yuqoslaviya partizanları ilə əlaqəsi var idi. 1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçdı və Yuqoslaviyada azərbaycanlılardan ibarət rus rotası yaradıldı. Rotanın komandiri Cavad Həkimli, komissarı isə Mehdi Hüseynzadə oldu. Və "Mixaylo" ləqəbli fəal iştirakçıya çevrilir.
Həmin il çox sayda əməliyyatlar keçirib düşmənə zərbələr yetirdilər. Döyüşçüləri ilə əhəmiyyətli topoqrafik xəritələri ələ keçirdilər. Alman zabiti formasında kazarmalara daxil olub, yanğınsöndürənlərə mina döşəyib mərkəzi binanı partlatdılar. Aprelin 2-də Mirdaməd Seyidovla birgə kinoteatr binasını kinoseans zamanı partlatdı. 120 nəfər öldü, 20 nəfər ağır, 200 alman əsgəri isə yüngül yaralandı.
Daha sonra restorana girib stolun altında partlayıcı cantanı qoyub, zaldan talon almaq adı ilə küçəyə çıxdılar. "İl Pikkolo" qəzetinin redaksiyasını və tipoqrafiyasını sonra isə yoldaşı Əli Tağıyev və antifaşist Hans Frislə 24 vaqondan ibarət dəmiryolu stansiyası yaxınlığındakı körpünü partlatdılar.
M.Seyidovla birgə gestapo mayoru N.Kertneri edam etdilər. Yayın sonunda Mixaylo, Əkbər Ağayevlə birgə geri çəkilən alman hissələrinə qarşı əməliyyat apardı. Çoxlu alman əsgər və zabiti həlak oldu, düşmənin 10-dan çox yük maşını məhv edildi.
Sentyabr ayında Mehdi alman texniki xidmət zabiti formasında düşmən aerodromuna daxil oldu və yavaş sürətli minanın köməyi ilə 2 təyyarə və 25 avtomaşın partlatdı. Alman zabiti formasında silahsız tədris marşında olan 20-dən artıq düşmən əsgərini güllələyib bir anda yoxa çıxdı. Qoriça şəhərində hərbi sursatla dolu alman maşınını qaçırır. Yüksəkgərginlikli elektrik stansiyasının transformatorunu partladır.
Oktyabr ayında Mixaylonun komandanlığı altında partizanlar yerli həbsxanaya vermaxt zabiti formasında yaxınlaşaraq, keşikçidən qapını açmağı tələb etdilər. Əraziyə daxil olan kimi keşikçilərin silahını aldılar və bütün 700 hərbi əsiri, o cümlədən 147 sovet hərbçisini azad etdilər.
M.Hüseynzadə uzaq Adriatikdə döyüşərkən öz vətənini xatırlamaqdan yorulmur, şerlərində vətənini xatırlayır.
Kaş ki, mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni;
Aşaraq o qarlı, uca dağları,
Vətən torpağına salaydı məni...
Mehdi Berlində üçaylıq kurslarda alman dilini öyrənir. Hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. Aşxananı partladaraq, 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Faşistlərin 200 tonluq benzinlə dolu anbarını partladır, faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir.
Başına 400 min lirə mükafat təyin etmələrinə baxmayaraq Mehdi Hüseynzadə ələ keçməz olaraq qalırdı. Amma 1944-cü ilin noyabrın 2-də həlak olur.
Nəşi yerli əhali tərəfindən, Çenovan kəndinin qəbristanlığında dəfn edildi. Qəbri üstündə taxta piramida qoyuldu və ona bərkidilən dəmir lövhənin üstündə yazıldı:”Burada Mehdi Hüseynov (Mixaylo) dəfn olunmuşdur... 2 XI 1944-cü ildə Vipavedə qəhrəmancasına həlak olmuşdur”