XƏBƏRLƏR / Siyasət

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb

Pakistanın Baş naziri fevralın 23-dən Bakıda səfərdə idi

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına dövlət səfəri fevralın 25-də başa çatıb.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.