XƏBƏRLƏR / Hava

Şahdağda qar yağıb

Faktiki hava

Şahdağda qar yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Şahdağda zəif qar yağıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Pirallahı, Neft Daşları, Sabirabad, Cəfərxanda duman müşahidə olunub.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.