XƏBƏRLƏR / Neft və Qaz

"Şahdəniz" yatağından indiyə kimi nə qədər qaz hasil edilib?

Bu barədə BP xəbər verir

"Şahdəniz" yatağından indiyə kimi nə qədər qaz hasil edilib?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şahdəniz yatağından ilk hasilatdan 2025-ci ilin sonuna kimi hasil edilən qazın həcmi 264 mlrd. kubmetrə çatıb.

    Bu barədə BP xəbər verir. Məlumata görə, kondensat hasilatının həcmi isə 52 milyon tona bərabər olub.

    Qeyd edilib ki, 2025-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib.

    Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

    Qeyd edilib ki, ötən il "Şahdəniz 2" layihəsi çərçivəsində şərq-şimal cinahında qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam edib.

    "Yekun investisiya qərarı qəbul edildikdən sonra Şahdəniz Kompressiya (ŞDK) layihəsi bir sıra iri müqavilələrin verilməsi ilə irəliləyib. Bu müqavilələr üzrə tikinti işləri qrafikə uyğun olaraq davam edir. Sentyabr ayında ŞDK platformasının üst modulları üçün ilk polad kəsimini icra etməklə layihə mühüm bir hadisəni qeyd edib" - BP əlavə edib.