Şamaxı Rəsədxanasının təqviminə əsasən Aşura bu gündür
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib
Şamaxı Rəsədxanasının Azərbaycanın yerləşdiyi coğrafi en dairəsinə uyğun olaraq tərtib etdiyi təqvimə əsasən, Aşura bu gündür.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.
"Biz başqa ölkələrin təqvimi ilə işləmirik. Şamaxı Rəsədxanasının təqvimi ilə işləyirik. Hər il Aşuradan istifadə edilir, saxta məlumatlar yayılır. Tövsiyə edirik ki, insanlar sosial şəbəkələrdəki şayiələrə inanmayıb, təxribatlara uymasınlar", - QMİ-dən deyilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Aşura gününün sabah olması ilə bağlı məlumatlar yayılıb.
1 dəqiqədən az