XƏBƏRLƏR / Təbiət

Şamaxıda 4.7 bal gücündə zəlzələ baş verdi YENİLƏNİB

Qurban Yetirmişli: Güclü zəlzələ gözlənilmir

Şamaxıda 4.7 bal gücündə zəlzələ baş verdi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:55

    Azərbaycanda güclü zəlzələ ehtimalı yoxdur.

    Bu barədə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib.

    Onun sözlərinə görə, Şamaxıda zəlzələ baş verəndən sonra avterşoklar davam edir.

    Qurban Yetirmişli bildirib ki, avterşokların baş verməsi enerji məsələsindən asılıdır: "Bu da o deməkdir ki, güclü zəlzələ ehtimalı yoxdur".

    ***

    16:30

    Təkanlar nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

    ***

    16:22

    Şamaxı rayonunda daha bir zəlzələ (aftoşok) qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.

    Yeraltı təkanın dərinliyi 10 km-dir.

    ***

    16:00

    Şamaxıda 12 kilometr dərinlikdə 4.7 bal gücündə zəlzələ baş verdi. 

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.