XƏBƏRLƏR / Kriminal

Şamaxıda dava ölümlə nəticələnib

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupu təsdiqləyib

Şamaxıda dava ölümlə nəticələnib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar - 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

    Mübahisə zamanı tərəflər bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər. Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

    Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupu təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.