XƏBƏRLƏR / Qonşular

Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində deyib

Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan Bulvarı istifadəyə verilib.

    VİDEO

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində deyib.

    "Bu gün şəhər xəstəxanasına və birləşdirici yollara əlavə olaraq, 2,5 kilometr uzunluğundakı Azərbaycan Bulvarı müxtəlif səviyyəli yol qovşağını da açırıq", - o bildirib.

    Ərdoğanın sözlərinə görə, bu, nəqliyyatın sıxlığını azaltmağa kömək edəcək:

    "Qovşağın inşasında əməyi olan nazirliyimizi və podratçı firmalarımızı təbrik edirəm".