Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçırılir
Festivalda Azərbaycandan və bir sıra xarici ölkələrdən tanınmış musiqi kollektivləri iştirak edir
İyulun 5-dən 7-dək Azərbaycanın qədim incəsənət və mədəniyyət mərkəzlərindən biri olan Şəkidə daha bir musiqi festivalı - “İpək Yolu” XIII Şəki Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Musiqi festivalında Azərbaycandan və bir sıra xarici ölkələrdən tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edəcəklər. Üç gün davam edəcək festival çərçivəsində tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim olunacaq.
“İpək Yolu” XIII Şəki Beynəlxalq Musiqi Festivalı iyulun 5-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinin ifaçılarının çıxışları ilə başlayacaq.
Həmin gün axşam saatlarında Marxal kompleksinin Yay Teatrında “İpək Yolu” beynəlxalq festivalının açılış mərasimi olacaq. Rəsmi hissədən sonra İndoneziyanın “Mila Art” rəqs qrupu və “Həmdani” musiqi ansamblının konserti olacaq.