XƏBƏRLƏR / İctimaiyyət

Şəkinin Qozlubulaq kəndinə canavarlar hücum edib

30 başa yaxın qoyun-quzu tələf olub

Şəkinin Qozlubulaq kəndinə canavarlar hücum edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şəki rayonunun ucqar Qozlubulaq kəndində canavarların təsərrüfatlara hücumu nəticəsində 30 başa yaxın qoyun-quzu tələf olub.

    Hücum bir neçə sakinin mal-qarasına ciddi ziyan vurub. İlkin məlumata görə, yırtıcılar xırdabuynuzlu heyvanların bir hissəsini parçalayaraq məhv edib, bir neçəsinə isə müxtəlif dərəcəli xəsarətlər yetirib.

    Hadisə səhər tezdən baş verib. Canavar hündürlüyü iki metrdən artıq olan hasarı aşaraq tövləyə daxil olub və 10 baş qoyunu yerindəcə məhv edib, daha 13 baş heyvana isə xəsarət yetirib. 

    Qeyd edək ki, Qozlubulaq kəndi Şəki şəhərindən təxminən 70 kilometr məsafədə yerləşir və sakinlərin əsas məşğuliyyəti qoyunçuluq və əkinçilikdir. Kənd ətrafında dərə və təpəliklərin çoxluğu yırtıcı heyvanların fəallaşmasına şərait yaradır.