XƏBƏRLƏR / Kriminal

Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib,bacısı şübhəli bilinir

Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb

Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib,bacısı şübhəli bilinir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən onun 16 yaşlı bacısı saxlanılıb.

    Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

    2014-cü il təvəllüdlü Ə.N. bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən ölüb.

    TƏBİB-dən bildirilib ki, iyulun 24-də saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

    Hazırda faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb.