XƏBƏRLƏR / Hava

Şimşək çaxacağ, yağış yağacaq, dolu düşəcək

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Şimşək çaxacağ, yağış yağacaq, dolu düşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 15-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 18-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

    Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.