Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
FHN xəbər verir YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
Yanğın nəticəsində 1 hektar sahədə məişət və təkər tullantıları yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
12:15
Bakı şəhəri, Səbail rayonu Şıx çimərliyi yaxınlığında açıq sahədə quru ot yanır.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.