Azərbaycanda yaşamaq istəyən əcnəbilərin 200 mini olmalıdır
Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
Banklarda ən azı 200 min manat depozitə sahib olan əcnəbilər Azərbaycanda müvəqqəti yaşaya biləcəklər. Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır.