XƏBƏRLƏR / İctimaiyyət

Naxçıvan Ali Məclisinin sessiyası keçirilir

Bəzi qanunlar ləğv olunub

Naxçıvan Ali Məclisinin sessiyası keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:40

    Naxçıvan Muxtar Respublikasında bəzi qanunlar ləğv olunub.

    “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunlar bu gün Ali Məclisdə keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında ləğv edilib.

    13:20

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb. Bu məsələ "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

    Belə ki, əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla, deputatların maaşı 950 manat müəyyən edilib.

    Qeyd edək ki, indiyədək Naxçıvanda deputatların maaşı 750 manat olub.

    ***

    Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.

    APA-nın Naxçıvan bürosu xəbər verir ki, sessiyada Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib.

    Anar İbrahimov16 saylı Qıvraq seçki sairəsindən deputat seçilib, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının sədr müavini-aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir. O, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəridir.