XƏBƏRLƏR / Parlament

ŞKTC Parlamentinin sədri ölkəmizə səfərə gəlib

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

ŞKTC Parlamentinin sədri ölkəmizə səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Parlamentinin sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində ŞKTC-nin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.