XƏBƏRLƏR / Qayıdış

Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər xərclənib?

Bu barədə Maliyyə Nazirliyi xəbər verir

Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər xərclənib?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu ilin yanvar-sentyabr aylarında Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat xərclənib.

    Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

    Xatırladaq ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1 317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

    Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.

    Laçında isə kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Hər kabin 10 nəfərlikdir. Səkkiz kabin standart olaraq nəzərdə tutulub. Eyni zamanda 6 kabində velosipedlər, 3 kabində isə əlil arabaları üçün xüsusi yerlər olacaq. Kanat yolunda 8 dayanacaq mövcuddur. Kanat yolu, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisində yerləşəcək.