XƏBƏRLƏR / Qayıdış

Şuşada bayram namazı qılınıb

Şuşa Dövlət Qoruğu İdarəsi xəbər verir

Şuşada bayram namazı qılınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad olunmuş Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.

    Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.

    Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.