XƏBƏRLƏR / Qayıdış

Şuşada xeyli silah aşkarlandı

DİN xəbər yayıb

Şuşada xeyli silah aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şuşada müxtəlif markalı silahlar aşkar edilib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən tədbir zamanı müxtəlif markalı 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq müvafiq qaydada götürülüb.

    Faktla bağlı araşdırma aparılır.