XƏBƏRLƏR / Dünya

Si Cinpin BRICS sammitinə getməyəcək

Bu barədə "South China Morning Post" məlumat yayıb

Si Cinpin BRICS sammitinə getməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin lideri Si Cinpin ilk dəfə olaraq BRICS sammitində iştirak etməyəcək.

    Bu barədə "South China Morning Post" nəşri mənbələrə istinadən məlumat yayıb.

    Mənbələrin bildirdiyinə görə, Çin rəsmiləri Braziliya hökumətinə Si Cinpinin cədvəlində yaranan problemlərə görə sammitə qatıla bilməyəcəyini deyiblər.

    Sammit 6-7 iyul tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.