XƏBƏRLƏR / Rəsmi

Si Cinpin İlham Əliyevi təbrik edib

Dekabrın 24-ü Azərbaycan Prezidentinin ad günüdür

Si Cinpin İlham Əliyevi təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Son illər bizim birgə rəhbərliyimizlə intensiv yüksəksəviyyəli təmaslar, möhkəm siyasi qarşılıqlı etimad və beynəlxalq aləmdə səmərəli əməkdaşlıq ilə səciyyələnən Çin-Azərbaycan münasibətləri uğurla və ardıcıl şəkildə inkişaf etməkdə davam edir. Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək səviyyədə reallaşdırılmasında mühüm nəticələr əldə ediblər. Bu ilin iyulunda biz ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etdik və bununla da Çin-Azərbaycan münasibətlərinin inkişafı tarixində yeni səhifə açdıq.

    Mən Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkənin xalqlarının rifahı naminə yüksəksəviyyəli ikitərəfli münasibətləri yeni başlanğıc nöqtəsindən daha da inkişaf etdirmək üçün Sizinlə birlikdə səy göstərməyə hazıram.

    Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

    Hörmətlə,

     

    Si Cinpin

    Çin Xalq Respublikasının Sədri".