XƏBƏRLƏR / Rəsmi

Prezident yeni səfirlər təyin etdi

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb

Prezident yeni səfirlər təyin etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Digər bir sərəncamla Ruslan Rafael oğlu Nəsibov Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Qeyd edək ki, Ruslan Nəsibov bu təyinatadək Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışırdı. O, həmçinin Azərbaycanı Afrika İttifaqı yanında Daimi Nümayəndəlikdə və BMT-nin Nayrobi şəhərindəki bölməsinin Daimi Nümayəndəliyində təmsil edirdi.