XƏBƏRLƏR / Qonşular

Si Cinpin Rusiyaya gedəcək

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

Si Cinpin Rusiyaya gedəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin Xalq Respublikasının Sədri Si Cinpin mayın 7-də Rusiyaya səfər edəcək.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

    Bildirilib ki, Si Cinpin 7-10-da Rusiyada rəsmi səfərdə olacaq və Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək.

    O da bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin və Si Cinpin bir sıra ikitərəfli hökumətlərarası və qurumlararasl sənədləri imzalayacaqlar.