XƏBƏRLƏR / Hava

Şimal-qərb küləyi əsəcək, hava yağıntılı olacaq

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Şimal-qərb küləyi əsəcək, hava yağıntılı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, gecə və səhər arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin yanvarın 27-si axşam, 28-i gecə və səhər arabir yağıntılı olacağı ehtimal edilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var.