XƏBƏRLƏR / Hərbi

Şimali Koreya yeni qanadlı raketi sınaqdan keçirib

Cənubi Koreya ordusu KXDR-in Sarı dənizə doğru bir neçə qanadlı raket atdığını bildirib

Şimali Koreya yeni qanadlı raketi sınaqdan keçirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimali Koreya Sarı dənizdə yeni Pulhvasar-3-31 qanadlı raketinin ilk sınaq buraxılışını həyata keçirib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

    Adı “alovlu ox” kimi tərcümə olunan işlənmə mərhələsində olan silahın sınaqları KXDR Raket Elmi Baş İdarəsi tərəfindən “Şimali Koreyanın silah sistemlərinin davamlı təkmilləşdirilməsi prosesi” çərçivəsində həyata keçirilib.

    Sınaqların “ətraf ölkələrin təhlükəsizliyinə heç bir təsir göstərmədiyi” və “regiondakı vəziyyət”lə əlaqəli olmadığı qeyd edilir.

    Çərşənbə günü Cənubi Koreya ordusu KXDR-in Sarı dənizə doğru bir neçə qanadlı raket atdığını bildirib.