Sistan və Bəluçistanda mina partladı: 5 ölü və yaralı
Bu barədə "Azad İran" telegran kanalı xəbər yayıb

Sistan və Bəluçistan əyalətinin Səravan bölgəsinin Gələkan sərhəd məntəqəsində mina partlayıb.
Bu barədə "Azad İran" telegran kanalı xəbər yayıb. Məlumata görə, SEPAH-ın ərazidə yanacaq qaçaqmalçılarına qarşı quraşdırdığı minanın partlaması nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Qeyd olunub ki, minaya düşənlərin hamısı Əfqanıstan vətəndaşları olub. Yaralananlardan birinin isə 10 yaşlı uşaq olduğu bildirilir.