Slovakiyanın Baş nazir Fitsonun vəziyyəti qənaətbəxşdir
Robert Fitso yenidən yeməyə başlayıb
Slovakiya hökuməti Baş nazir Robert Fitsonun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Slovakiya mediası xəbər verir ki, Baş nazirin müavini və müdafiə naziri Robert Kalinak da Fitsonun vəziyyətinin yaxşılaşdığını, yenidən yeməyə başladığını təsdiqləyib.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso mayın 15-də sui-qəsd nəticəsində güllə yarası alıb və xəstəxanaya aparılıb. Hadisə paytaxtdan 150 kilometr şimal-şərqdə yerləşən Handlova şəhərində baş verib.