XƏBƏRLƏR / Biznes

SOCAR, Beynəlxalq Bank və digər dövlət mülkiyyəti satılacaq

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib

SOCAR, Beynəlxalq Bank və digər dövlət mülkiyyəti satılacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev 2024-cü il ərzində iri dövlət şirkətlərində - SOCAR, AzerGold QSC, ASCO, BakTelecom, AzTelekom və ABB Bankın strukturlarıda dövlətin paylarının bir hissəsinin özəl investorlara satışı ilə bağlı təkliflərin hazırlanmasını açıqlayıb.

    Mətin Eynullayev


    “Yerli və xarici investorlar hazırda səhmlərinin 100 faizinin dövlətə məxsus olduğu istehsalat birliklərinin (İB) və qapalı səhmdar cəmiyyətlərinin səhmlərinin alınmasında iştirak edə biləcəklər. Dövlətin səhmləri azalacaq. Hazırda hər bir qapalı səhmdar cəmiyyəti üzrə təkliflərin hazırlanması və proqram təminatı üzərində iş gedir və bu, 9 ay çəkə bilər”, - Eynullayev qeyd edib.

    O vurğulayıb ki, hökumət özəlləşdirmə prosesinə xarici investorları cəlb etməkdə maraqlıdır, lakin onlar üçün torpaq hüququ (yalnız icarə) ilə bağlı məhdudiyyətlər qalmaqdadır.