XƏBƏRLƏR / Neft və Qaz

SOCAR ilə Suriya arasında Anlaşma Memorandumu imzalanıb

Memorandumu Azərbaycanının iqtisadiyyat naziri və Suriyanın energetika naziri imzalayıblar

SOCAR ilə Suriya arasında Anlaşma Memorandumu imzalanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

    Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.