SOCAR Misir Dövlət Neft Şirkəti ilə çərçivə sazişi imzalayıb
Bu barədə SOCAR xəbər verib
SOCAR və Misir Dövlət Neft Korporasiyası çərçivə sazişi imzalayıblar.
Bu gün Qahirədə keçirilən 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisində (EGYPS 2026) SOCAR Trading və Misir Dövlət Neft Korporasiyası (EGPC) çərçivə əməkdaşlıq sazişi imzalayıblar.

Sənədin SOCAR-ın neft və qaz məhsullarının Misir bazarına çıxışını daha da asanlaşdıracağı və ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün şərait yaradacağı qeyd olunur.
1 dəqiqədən az