XƏBƏRLƏR / Müttəfiq

SOCAR Özbəkistanda nümayəndəlik açacaq

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti xəbər verir

SOCAR Özbəkistanda nümayəndəlik açacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda nümayəndəlik açacaq.

    Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti xəbər verir.

    Məlumata görə, bu gün dövlət başçısı Şavkat Mirziyoyev "Özbəkistanın Enerji Həftəsi – 2026" forumunda iştirak etmək üçün ölkəyə gələn SOCAR-ın rəhbəri Rövşən Nəcəfi, həmçinin BP şirkətinin top-menecerləri Ariel Floresi və Covanni Kristofolini qəbul edib.

    "Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üzrə məsələləri nəzərdən keçiriblər. Energetika sahəsində uğurlu əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib. SOCAR Üstyurd yaylasında karbohidrogen yataqlarının işlənməsi layihəsinin həyata keçirilməsində Özbəkistanın tərəfdaşıdır. SOCAR-ın Özbəkistanda nümayəndəliyinin açılması barədə qərar qəbul edilib. Britaniyanın "British Petroleum" şirkətinin bu genişmiqyaslı layihəyə qoşulması yüksək qiymətləndirilib", – məlumatda bildirilib.

    Görüş zamanı tərəflər neft-qaz sahəsində, karbohidrogen xammalının kəşfiyyatı, hasilatı və dərin emalı, neft və neft məhsullarının uzunmüddətli tədarükünün təşkili, eləcə də sahə üzrə kadrların hazırlanması istiqamətlərində birgə layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

    Bundan əlavə, həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti olan Rövşən Nəcəf 2027-ci ildə Özbəkistan və Azərbaycanda U-20 gənclər arasında futbol üzrə dünya çempionatının keçirilməsinə birgə hazırlıqda köməyə görə Ş.Mirziyoyevə təşəkkürünü bildirib.