SOCAR "Şahdəniz" və CQB Kəmərindəki payını satıb
Səbəblər barədə şırkət məlumat vermir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəmərindəki payını satıb.
SOCAR "Şahdəniz"də hasilatın pay bölgüsü Sazişindəki 14,35%-lik payını "Southern Gas Corridor Upstream" şirkətinə satıb.
Şirkət, həmçinin Cənubi Qafqaz Boru Kəmərindəki 14,35%-lik səhmlərini də "Southern Gas Corridor Midstream" şirkətinə ötürüb.