XƏBƏRLƏR / Hadisə

Soçi yaxınlığında dənizdə iri neft tankeri yanır FOTO

Yanğının səbəbi və ya hər hansı bir itki ilə bağlı hazırda məlumat yoxdur

Soçi yaxınlığında dənizdə iri neft tankeri yanır FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:30

    Soçi sahillərində Qara dənizdə Aframax Rio neft tankeri yanğına uğrayıb. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Liberiya bayrağı altında üzən gəmiyə pilotsuz qayıqlar hücum edib.

    Tankerin göyərtəsində 23 heyət üzvü olub, hamısı Hindistan vətəndaşı olub. Rusiya nazirliyinin məlumatına görə, hamısı xilas edilib və xəsarət alan olmayıb.

    Qara dənizdə neft yanğınları davam edir. Nəqliyyat Nazirliyi yanğının intensivliyi azaldıqdan və xilasetmə gəmiləri tankerə təhlükəsiz şəkildə yaxınlaşa bildikdən sonra yanğınsöndürmə işlərinə başlayacağını bildirib. Nazirlik həmçinin nəticələrin aradan qaldırılması üçün kifayət qədər işçi qüvvəsinə və resurslarına malik olduğunu vurğulayıb.

    Hadisədən sonra Soçi hakimiyyəti dənizkənarı gəzinti yerlərinə və çimərliklərə girişi müvəqqəti olaraq məhdudlaşdırıb. Mer Andrey Proşunin sakinləri və turistləri özlərini təhlükəyə atmamağa və ərazinin yenidən açılması ilə bağlı rəsmi qərarı gözləməyə çağırıb.

    ***

    2026-10-06 21:06

    Rusiyanın Soçi şəhəri yaxınlığında Qara dənizdə su nəqliyyatı qəzası baş verib.



    Şahidlərin sözlərinə görə, suda böyük bir tanker yanır və yüzlərlə kilometr uzaqlıqda qara tüstü sütunu görünür.

    Yanğının səbəbi və ya hər hansı bir itki ilə bağlı hazırda təcili yardım xidmətlərindən və ya qurumlardan rəsmi məlumat yoxdur.

    Məlumat dəqiqləşdirilir.