Somalidə 54 sülhməramlı öldürülüb
Bunu Uqanda prezidenti Yoveri Museveni bildirib
“Əl-Şəbab” terror təşkilatının yaraqlılarının Somalidəki Afrika Birliyinin bazasına hücumu nəticəsində Uqandanın 54 sülhməramlısı ölüb.
Bunu Uqanda prezidenti Yoveri Museveni bildirib.
Onun sözlərinə görə, terrorçuların bazaya hücumları Somalinin Baraave şəhərində həyata keçirilib: “Biz komandir də daxil olmaqla həlak olmuş 54 əsgərin cansız cəsədini tapdıq. “Əl-Şəbab” yaraqlıları Baraaveyə növbəti hücuma cəhdi etsələr də, qüvvələrimizin güclü müqaviməti ilə qarşılaşdılar və qaçmağa məcbur oldular”.