Sosial şəbəkələrdə Azərbaycan XİN adından yalan xəbər çıxıb
XİN sözçüsü Ayxan Hacızadənin adından yayılan feyk xəbəri Hacızadə özü təkzib edib
Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin adından AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatlar yayılıb.
Ayxan Hacızadə açıqlamasında həmin məlumatın saxta olduğunu bildirib.
Qeyd edək ki, həmin saxta məlumatda Ayxan Hacızadənin adından deyilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quş sürüsü ilə toqquşması versiyasını təsdiqləyir.
Eyni zamanda, guya, Azərbaycanın yalan məlumatlara görə Rusiyadan üzr istədiyi də vurğulanıb.
Qeyd edək ki, Qazaxıstanda yaradılan komissiyanın ilkin tədqiqatını dərc edilməsindən bir neçə gün əvvəl təxribatçılar içtimayyətin fikirini yayındırmaq üçün son çirkin şanslarından istifadə edirlər.