Sovet dövlətində “ruslaşdırma”, ”Qarışıq ailələr” siyasəti
Maraqlıdır ki, Sovetlər Birliyində olan qarışıq ailələrin tərkibi haqqında geniş bilgilər yayımlanmırdı
1920-ci illərdə milli respublikaları işğal edib “SSRİ” adlı dövlət yaradan bolşeviklər (oxu: kommunistlər) amansız bir məzmunda “ruslaşdırma” siyasətini yürüdürdülər. Hətta “Lenini şimaldan doğan günəşə bənzədir”, “günəş Şərqdən deyil, Şimaldan doğub” söyləyərək təriflər yağdırır, şeirlər, poemalar, romanlar həsr edirdilər.
Sovet rejiminin bu siyasətinin əsasnda “ruslaşdırma” başlıca yer alırdı. ABŞ-da yaradılmış “SSRİ-ni Öyrətmə İnstitutu”nun Münhendə nəşr etdiyi “Dərgi” jurnalı bu problemlə bağlı 1960-cı illərə aid maraqlı məlumatlar çap edib.
Məlum olur ki, 1960-cı illərin əvvəllərində Sovetlər Birliyində 198.870.514 (198 milyon 870 min 514 nəfər) insanı əhatə edən 50.333.487 (50 milyon 333 min 487 nəfər) ailə mövcud olub. Bunlardan 9 milyonu subaylar, ailə qurmayanlar idi. Şəhərlərdə 90 milyon insanı əhatə edən 24 milyon ailə, kəndlərdə isə 109 milyon insanı əhatə edən 26 milyon ailə yaşayırdı. Məlumatlara görə, Sovetlər Birliyində hər 1000 (min) ailəyə 102 qarışıq evlilik düşürdü. Bu statistikaya görə, 1959-cu ildə sovet dövlətində 5.134 min (beş milyon yüz otuz dörd min) qarışıq ailə var idi. Ortalama olaraq hər sovet ailəsində 3,95 kişinin mövcudluğunu hesablasaq, qarışıq evlənmələrin 20 milyonu keçdiyini qeyd etmək mümkündür. Bu da sovet əhalisinin 10 faizini əhatə etdiyini qeyd edə bilərik. Beləliklə, şəhərlərdə hər 1000 (min) ailəyə 151, kəndlərdə isə 58 qarışıq ailə düşürdü.
Beləliklə, 5.134 (beş milyon) min ailədən 3,7 milyonu şəhərlərdə, 1,5 milyonu isə kəndlərdə yaşamaqda idi. Bu nəticəyə görə şəhərlərdə qarışıq evlənmələr 13,7 milyon insanı, kənd bölgələrində 5,9 milyonu əhatə edirdi. Beləliklə, şəhərlərdə qarışıq ailələrin kəndlərə nisbətən təqribən 3 dəfə çox olduğu görünməkdədir.
Maraqlıdır ki, Sovetlər Birliyində olan qarışıq ailələrin tərkibi haqqında geniş bilgilər yayılamnmırdı.
Təbii ki, qarışıq ailələrdə aparıcı olan və danışılan əsas dil rus dili idi. Bu xüsusda Sovetlər Birliyində ana dilini tamamilə qeyd edınlərin sayısının 12 milyona yaxınlaşdığı da qeyd edilməkdədir. Cənubi Qafqazda, xüsusən, Azərbaycanda ruslarla daha çox, qismən də ermənilərlə, yəhudilərlə də evlənib qarışıq aiə sahibi olanların sayı az deyildi. Nəticədə qarışıq ailələrdən olanlara çox məqamlarda (vəzifəyə irəli çəkilmək, etibarlılıq vəs.) “yaşıl işıq” yandırılırdı.
Bu da təbii ki, sovet dövlətinin “ruslaşdırma” siyasətinə tamamilə uyğun gəlirdi.
P.S. Sovet dövlətində milli respublikalardan (xüsusən müsəlmanlardan) olanların ruslarla, ukraynalılarla, belarusların (əsasən xristianlarla) evliliyinə heç bir problem yaradılmır, daha çox “yaşıl işlq” yandırılırdı.
Bu müsəlman ölkələrində, respublika rəhbərliyində ikinci katiblər mütləq ruslar olur, idarələrdə rəsmi yazışma və çıxışlar rus dilində aparılır, katibələr və köməkçilər də qeyri-azərbaycanlı millətlərdən olurdu. Təbii ki, bu da bir siyasət olaraq yürüdülürdü.