Stubb: Azərbaycan Rusiya təhlükəsindən narahatdır
Finlandiya prezidenti bunu "Foreign Affairs" jurnalına verdiyi müsahibədə deyib
Ukraynadakı müharibə bitdikdən sonra Azərbaycan Rusiya təhlükəsindən narahatdır – Aleksander Stubb
Finlandiya prezidenti Aleksander Stubb bunu "Foreign Affairs" jurnalına verdiyi müsahibədə Ukraynadakı müharibədən sonra Rusiyanın Finlandiyaya və ya digər NATO ölkələrinə təhlükə yaradıb-görməməsi ilə bağlı suala cavab olaraq bildirib.
"Cənubi Qafqazdakı - Ermənistan, Azərbaycan və Gürcüstandakı dostlarımla, eləcə də Orta Asiyadakı dostlarımla nə qədər çox danışsam, bir o qədər əmin oluram ki, onlar bizim narahat olduğumuzdan daha çox narahatdırlar. Unutmaq olmaz ki, Rusiya 5-ci maddəni nə Finlandiyada, nə də başqa yerdə sınaqdan keçirməməlidir və əlbəttə ki, keçirməyəcək. Biz artıq Rusiyanın Ukraynadakı fundamental hərbi uğursuzluğunun şahidi olmuşuq. Buna görə də, Moskvanın 5-ci maddəni sınaqdan keçirmək qərarına gəldiyi ssenarini ciddi şəkildə düşünmürəm", - deyə o əlavə edib.
1 dəqiqə