XƏBƏRLƏR

Sülhməramlılar ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək

Bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov deyib

Sülhməramlılar ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.

    Bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov "İzvestiya"ya müsaibəsində bildirib.

    Səfir bu mövzunun çox önəmli olduğunu söyləyib: "Antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul həyata keçirir, binaları və mədəni obyektləri qoruyur".

    Rusiyalı diplomat Azərbaycanın Qarabağ regionunda sülhməramlı kontingentin qalma müddətinin 2025-ci ildə başa çatdığını xatırladıb.