Sülhməramlıların daha 3 təminat maşını Laçın yolundan keçdi
Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir. Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 yük, 1 minik avtomobilindən ibarət təminat karvanı Xankəndidən Laçın istiqamətinə keçib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb