Sülhməramlıların iki avtomobili aksiya ərazisindən keçdi
Maşınlar aksiya ərazisindən sərbəst keçiblər
Hər zaman olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına məxsus avtomobillər azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçirlər. Bu dəqiqələrdə sülhməramlılara aid iki avtomobilinin Laçından Xankəndi istiqamətinə hərəkətinə şərait yaradılıb.
Sülhməramlılara məxsus nəqliyyat vasitələrinin aksiya ərazisindən heç bir maneə olmadan hərəkət etmələri aksiyanın məramını bir daha açıq-aşkar göstərir. Azərbaycanlı ekofəallar ilk gündən olduğu kimi, humanist prinsiplərə sadiqdirlər.
Xatırladaq ki, bu gün hazırkı indiyədək sülhməramlılara məxsus 58 avtomobil aksiya ərazisindən sərbəst keçib.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.