XƏBƏRLƏR / İctimaiyyət

Sumqayıtda altı nəfəri it dişləyib YENİLƏNİB

Bir nəfərin vəziyyəti orta ağırdır

Sumqayıtda altı nəfəri it dişləyib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:10

    Sumqayıt şəhərində ötən gün küçə itlərinin hücumuna məruz qalaraq hospitalizasiya edilən 6 nəfərdən 5-i xəstəxanadan evə buraxılıb

    Sumqayıtda küçə itlərinin hücum etdiyi şəxslərdən 1-i 1995-ci il təvəllüdlü qadın, 5-i isə 2010, 2015, 2017, 2019 və 2020-ci il təvəllüdlü uşaqlardır.

    Qeyd olunub ki, uşaqlar təhsil aldıqları müəssisələrdən çıxdıqdan sonra saat 17:30 radələrində küçə itləri onlara hücum edib.

    Hazırda xəstəxanada müalicəsi davam edən 2020-ci il təvəllüdlü uşaq istisna olmaqla, hücuma məruz qalan digər şəxslər evə buraxılıb.

    ***

    09 aprel 2025-ci il

    21:01

    Bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Qeyd olunub ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

    Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən bir nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır.