XƏBƏRLƏR / Hərbi

Sumqayıtda döyüş sursatları aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir

Sumqayıtda döyüş sursatları aşkar edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sumqayıt şəhərinin Hacı Zeynalabdin kəndində döyüş sursatları aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Departamentin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələrinin minalardan təmizlənməsi üzrə əməliyyat qrupu hadisə yerinə gəlib.

    Müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib. 122 mm-lik mərmi və TAB-7 aviabombasının 13 parçası tapılıb.

    Əməliyyat qrupunun mütəxəssisləri zərərsizləşdirmək üçün ərazidən sursatları çıxarıblar.