XƏBƏRLƏR / Kriminal

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb

Qardaşlar arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıbmış

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub.

    Belə ki, Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Cabbarov Səxavət Nəbi oğlu münaqişə zəminində qardaşı 1971-ci il təvəllüdlü Cabbarov Elşən Nəbi oğluna bıçaqla xəsarət yetirib.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.