Süni intellektin yazdığı hekayə Çində müsabiqənin qalibidir
Çin KİV-ləri xəbər verir
Jurnalistika və Kommunikasiyalar üzrə Universitet Məktəbinin professoru Şen Yan tərəfindən yazılmış və təxminən 6 min işarə həcmində olan “The Land of Machine Memories” adlı hekayə Tszyansuda (Çin) keçirilmiş elmi-populyar fantastika müsabiqəsinin qaliblərindən biri olub.
Çin KİV-ləri xəbər verir ki, hekayənin 40 mindən çox işarə həcmində olan qaralaması 66 gizli diktə əsasında cəmi üç saat ərzində yazılıb.
Hekayənin baş qəhrəmanı neyromühəndis işləyən, real həyatından itirilmiş xatirələri qaytarmağa səy göstərən, metakainatda macəra axtaran Li Syao adında qadındır.
Mükafatlandırma mərasimində Şen Yanın hekayəsi 17 digər hekayə ilə yanaşı ikinci mükafat alıb, beləliklə, o, münsiflər heyətinin altı üzvündən üçünün səsini qazanıb.
Münsiflər heyətinin təkcə bir üzvünə məlumat verilib ki, Şen süni intellektin köməyindən istifadə edib. Lakin neyroşəbəkədən istifadə etməklə kontentin yaradılması məsələsini araşdıran münsiflər heyətinin daha bir üzvü də bunu anlayıb. O deyib ki, bu işə səs verməyib, çünki o, standartlara uyğun deyil və kifayət qədər parlaq emosiyalara malik olmayıb.