Suriya ordusu Hələbdən geri çəkildi
Suriya ordusu üsyançıların Hələbə daxil olduğunu təsdiqləyib, onlarla əsgərin öldürüldüyünü bildirib
Suriya ordusu əks-hücum hazırlamaq üçün qoşunlarını Hələbdən çıxardığını açıqlayıb.
"Reuters" xəbər verir ki, Suriya ordusu müxalifətçilərə qarşı əks-hücum hazırlamaq üçün qoşunların Hələbdən müvəqqəti çıxarılmasını elan edib.
Hərbçilər həmçinin əlavə edib ki, son bir neçə gün ərzində Hələb və İdlibdə müxalifətçilərlə şiddətli toqquşmalarda onlarla əsgər ölüb və yaralanıb.